turklehceleri.org

Cığır

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

cığır

is.
1. Gediş-gəlişdən əmələ gələn ensiz, dar yol. Evlər, damlar, taxtapuşlar gümüş kimi ağarır; Qar tapdanıb, palçıq olub, dağda cığır qaralır. A.Səhhət. İzzət qarı .. Qumru ilə bərabər oba altından keçib, yamacda burulan cığıra düşdü. Ə.Məmmədxanlı. Elxan həmin cığırı tapıb, sevincək Oqtayı səslədi.. M.Rzaquluzadə.
2. məc. Yol, istiqamət, cərəyan. İncəsənətdə yeni cığırlar. – Tanıtdı körpələrə; Şanlı sabaha gedən; Cığırları, izləri. B.Vahabzadə. • Cığır açmaq – 1) istiqamət vermək, yol açmaq; 2) yeni istiqamət (cərəyan) yaratmaq.
3. məc. İz, xətt. Qız cavan idi. Qara saçlarına ağ cığır, girdə, tər sifətinə qırış düşməmişdi. B.Bayramov. [Məmmədin] səliqə ilə yana daradığı sıx, qara saçlarında ağ tüklər dolaşıq cığırlar açmış, gicgahları tamam çallaşmışdı. V.Şıxlı. ‣ Cığırdan (cığırından) çıxmaq – bax cızığından çıxmaq (“cızıq”da).

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

cığır

I. yol
{yol}

II. şıram, zolaq
{çubuk, sopa}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

cığır

patika


Axir izdelgen sözler: