turklehceleri.org

Bərk

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

bərk

sif.
1. Mayelərdən və qazaoxşar cisimlərdən fərqli olaraq, öz şəkil və ölçüsünü mühafizə edən. Bərk cisimlər.
2. Sərt, qatı (yumşaq ziddi). Bərk sümük. Bərk daş. Bərk qənd. Bərk ağac. Su donduqda maye halından bərk halına, qaynadıqda isə buxara çevrilir. // Məc. mənada. Tükəzbanın bərk üzünü görcək təvəqqe edənlər anladılar ki, bunların yalvarmalarından bir fayda çıxmayacaq. B.Talıblı.
3. Bədəncə möhkəm, sağlam, davamlı, güclü, dözümlü. Bərk orqanizm. Canı bərk adam. – [Ocaqverdi:] ..Bizim canımız bərkdir. Ə.Haqverdiyev.
4. Sürətli, tez, iti, cəld, yeyin. Maşın çox bərk gedir. – Buraya qədər iri, yeyin və bərk addımlarla yeriyərək, ətrafındakı hər şeyə etinasız olan ucaboy, zirək əsgər, atəşi azalmış maşın kimi yavaşıdı. Mir Cəlal.
5. Səbatlı, möhkəm, dönməz, ciddi, dayanıqlı, etibarlı, sarsılmaz. Sözündə bərk (z.) durmaq. O, bərk iradə sahibidir. • Bərk durmaq – səbəb göstərmək, inad göstərmək; dönməmək.
6. Çox güclü, çox böyük, çox şiddətli. Bərk şaxta. Bərk külək. Bərk zərbə. Bərk qar yağır. – Əgər bircə dəqiqə bərk külək əssə və ya bir təsadüf dolayısı ilə ayağı sürüşsə, fəhlə dənizə düşəcəkdir. M.Hüseyn. // Zərf mənasında. Çox, olduqca, hədsiz, həddindən artıq. Bərk acmışam. – [Xəlilin] .. qaşları daha da bərk çatıldı. M.Hüseyn. // Ümumiyyətlə, bir şeyin şiddətini, dərəcəsini bildirir. Bərk tapşırmaq. Bərk ağlamaq. Bərk qışqırmaq. Bərk xəstələnmək. Bərk öskürmək. Bərk yaralanmaq. Bərk qanamaq. Bərk atmaq. Bərk yanmaq. Bərk danlamaq. – Amma elə bərk yuxula ki, hətta get özündən. M.Ə.Sabir. Göy tez-tez gurlayır, ildırım şığıyır, hava bərk tutulur. Ə.Haqverdiyev. [Baxış oğlu Həsənin anası] .. balabanı da mücrünün dibində bərk gizlədib, oğlunun yerini deməyirdi. B.Talıblı.
7. Tünd, qəliz. Bərk çaxır. Bərk tütün. Bərk araq.
8. dan. Xəsis, simic. Bərk adam.
9. İs. mənasında. Möhkəm yer, əlçatmaz yer. Bax, buralarda [düşmənlər] bərklərdə, girəvələrdə gizləniblər ki, qoşun gəlib oraya düşsün... S.Rəhimov. Əhməd özünü isti dağın başına, bərkə verdi. Ə.Vəliyev. ‣ Bərk ayağa çəkmək – bax ayaq. Bərk ayaqda – bax ayaq. Ana ürəyidir insana dayaq; Odur bərk ayaqda çatan köməyə. S.Rüstəm. Qız dedi: – Bərk ayaqda mümkün olar, dayanma. M.Seyidzadə. Bərkdən çıxmaq – bax. bərkdən-boşdan çıxmaq (“bərk-boş”da). Bərkə çəkmək (salmaq, qoşmaq, qısnamaq) – çətin vəziyyətə salmaq, israrla tələb etmək, sıxışdırmaq, imtahan etmək. [Cəbi:] Çox da bərkə çəkəndə deyir: – Vallah, gedib Dilbər xanıma deyərəm. N.Vəzirov. Ustalarım ciddi işləməyini görüb, mənə məhəbbət bəslərdilər. Atamın xatirinə mənə hörmət edib məni çox bərkə salmazdılar. H.Sarabski. Reyhanın cavabı Davudu bərkə qısnamışdı. Mir Cəlal. Ancaq Dəmirov qocanı bərkə qoşmaq istəmirdi. S.Rəhimov. Bərkə düşmək – çətin vəziyyətə düşmək, darda qalmaq. Hanna avantüranı sürətlə hiss edən, bərkə düşərsə, özünü müdafiə etməyi bacaran bir qız idi. M.S.Ordubadi. Bərkə qalsa – bax bərk ayaqda. [Ballı:] Bərkə qalsa lap rayona da gedərəm. Mir Cəlal. bərk-bərk zərf bax bərk 4 və 5-ci mənalarda. Bərk-bərk qaçmaq. Dediyindən bərk-bərk yapışmaq. – Mən özüm də əvvəl xam düşdüm və keçən il getdim Bakıya, beş manat verdim qəbz aldım və qəbzi bərk-bərk saxladım. C.Məmmədquluzadə. Axşamçağı soyuqdan paltonuma bərk-bərk bürünüb, bazardan keçdikdə, gördüm bir dükanın qabağında üç uşaq durub zarıldayır. Çəmənzəminli. Günəşin əlindən yapışıb bərk-bərk; Qoynuna uğurlu bir səhər gəlir. S.Rüstəm.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

bərk

I. sərt, qatı
{sert, katı}

II. möhkəm, sağlam, davamlı, gülcü
{muhkem, sağlam, devamlı, güçlü}

III. sür’ətli, tez, iti, celd, yeyin
{süratli, tez, çabuk, hızlı, hemen}

IV. səbatlı, möhkəm, ciddi, dayanıqlı, ə’tibarlı, dönməz
{sebatlı, sağlam, ciddi, dayanıklı, itibarlı, kati}

V. şiddətli, güclü
{şiddetli, güçlü}

VI. tünd, qəliz
{koyu, şiddetli}

VII. xəsis, simic
{pinti, cimri}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

bərk

hızlı, katı, yüksek


Axir izdelgen sözler: