turklehceleri.org

Beyin

Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)

beyin

и. ми, баш мие □ beyin zarı ми кабыгы ◊ beyin karıncalanmak баш түнү; beyini kemirmek баш авырттыру (төрле мәсьәләләр белән тинтерәтү)

ercilasun1991

beyin

Türkiye Türkçesi: beyin
Azerbaycan Türkçesi: beyin
Başkurt Türkçesi: baş miyihi
Kazak Türkçesi: mıy
Kırgız Türkçesi: mē
Özbek Türkçesi: miyä
Tatar Türkçesi: mi cilik
Türkmen Türkçesi: beyni
Uygur Türkçesi: miŋä miyä
Rusça: mózg

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

beyin

is.
1. anat. Mərkəzi sinir sisteminin ən mühüm üzvü, habelə bu üzvü təşkil edən və kəllə ilə bel sümüyü kanalını dolduran maddə. İnsan beyni. Qoyun beyni. Beyin xəstəliyi.
2. məc. dan. Ağıl, şüur, fəhm, zəka, baş mənasında. Onun beyni yoxdur, danışığını bilmir. – Bir gün əvvəl küllüyün yanından keçərkən, Firudinin beynində oyanmış fikirlər yenidən baş qaldırdı. M.İbrahimov. ‣ Beyni yerindən oynamaq (laxlamaq) – dəli olmaq. Beynə batmaq (girmək) – mümkün hesab etmək, inanmaq. Bu dediklərin, deyəsən, mənim də beynimə batdı. – Yoldaş, doğrusu, onların sözləri mənim də beynimə batır. C.Məmmədquluzadə. Bu söz Həpəndovun beyninə batdı. Mir Cəlal. Beyni dağılmaq – səs-küydən dəng olmaq, başı ağrımaq. Beynindən çıxmamaq – daim fikrində olmaq, yadından çıxmamaq, daim düşündürmək. Kütlələri təşkil edib böyük bir dağ kimi hərəkətə gətirmək fikri Əlinin beynindən çıxmır. M.İbrahimov. Beyninə yeritmək (salmaq) – bir şeyi birinə tez-tez təkrar edərək inandırmaq, mənimsətmək, təlqin etmək. [Şərəfnisə xanım:] Müsyö Jordan beyninə salıbdır ki, Parijdə qızlar, gəlinlər məclisdə, yığıncaqda üzüaçıq oturub dururlar. M.F.Axundzadə. Usta bu fikri bir çox canlı misallarla uşaqların beyninə yeridirdi. Ə.Sadıq. Beynini aparmaq – çox danışmaqla, səs-küylə birini rahatsız etmək, yormaq, dəng etmək. Beynini doldurmaq – birinə bir şey və ya şəxs haqqında çoxlu deyib inandırmaq (yalnız mənfi mənada). [Səlim bəy] əvvəlcə pristavı evinə çağırıb onun puç beynini lazımi qədər doldurmuşdu. H.Nəzərli. Qan başına (beyninə) vurmaq, qan beyninə (sıçramaq) – bax qan.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

beyin

ağıl, şüur, fəhm, zəka
{akıl, şuur, düşünce, zekâ}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

beyin

beyin


Axir izdelgen sözler: