Bağrıbadaş
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
bağrıbadaş
is. və sif. dan. Ürək dostu, çox yaxın, can bir qəlbdə. Məktəb ilə bu millətin bağrıbadaşdı, qoymayın! M.Ə.Sabir. [Hacı:] [Rəiyyət] gəlib yanında izinsiz əyləşəcək, guya min ildir səninlə bağrıbadaşdı. Ə.Haqverdiyev. • Bağrıbadaş olmaq – çox yaxın olmaq, ürək dostu olmaq, can bir qəlbdə olmaq.