Ağı
Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)
ağı
и. агу, зәһәр
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ağı
I. is.
1. Zəhər. Aşiqə vəfalı bir həmdəm gərək; Həmdəmsiz bal yesə, ona ağıdır. M.P.Vaqif. Məni bir məst qıl, saqi, aman ey gözlərin yağı; Şərabın yox, gətir ağı, qulağın niyə kar olmuş? Nəbati. Məcnun kimi gəzdim səhranı, dağı; Fələk şərbətimi eylədi ağı. Aşıq Kərəm. • Ağıya düşmək – zəhərli bir şey yeyib zəhərlənmək. Ağıya salmaq – heyvanı zəhərli ot olan yerdə otarmaq; insana və ya heyvana zəhərli şey yedirmək, ya içdirmək.
2. məc. Çox acı şey haqqında; zəqqum. Ağzım o qədər acıdır ki, elə bil ağı yemişəm. ‣ İlana ağı verən – bax. ilan.
II. is. Köhnə məişətdə: arvadların ölü üstündə, yasda avazla söylədikləri yanıqlı sözlər. İçəridən ağı səsi gəlirdi. Çəmənzəminli. • Ağı demək (oxumaq, çəkmək, tutmaq) – 1) ölünün üstündə ağız açıb ağlamaq. Qoca arvadlar ağlaşma qurub, ağı oxumaq istədilər. M.Hüseyn. Zavallı ana! Hələ cəmdəkləri soyumayan balaları üstünə döşənib ağı çəkir. Ə.Əbülhəsən; 2) məc. fəğan etmək, fəryad etmək. Elə bil ağaclar dillənib ağlaşdı, bülbül də öz fəğanı ilə onlara ağı tutdu. S.Rəhimov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
ağı
zəhər, zəqqum, öd
{zehir, zakkum, öd}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
ağı
ağıt, zehir