turklehceleri.org

Axır

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

axır

is.
1. Son, nəhayət; bir şeyin son nöqtəsi, qurtaracağı. Yolun axırı. İşin axırı. Qışın axırı. İclasın axırı. Mahnının axırı. İlin axırına az qalır. Şəhərin axırında yaşayıram. – [Mirzə Fətəli:] Hər bir qaranlığın axırı işıqdır. Ə.Haqverdiyev. // sif. Axırıncı, sonuncu. Axır sözün nədir? – Bu il nə cür olursa məktəbə getməyi qərara almışdım. Yayın axır ayından anamın qulağını doldurmağa başladım. M.İbrahimov.
2. Aqibət, nəticə, son. İşin axırı necə oldu? Bu uşağın axırı necə olacaq? – [Miraxur:] Heyif ki, sən də arvad felinə düşübsən. Gəl bu daşı ətəyindən tök! Axırı yoxdur. Çəmənzəminli. [Turac:] Kitabda yazılan sevgilərin axırı eyzən dava-şava olur. İ.Əfəndiyev.
3. Axırda, nəticədə, nəhayət(də) (bəzən “axırı” şəklində işlənir). Geyinmisən yaşıl üstdən alı sən; Axır bizi eşq oduna salısan. (Qoşma). Öldürdün axır, məndəki can qalmadı əsla. M.P.Vaqif. Ey gül, sənə əvvəldə xiridar mən oldum; Axır nəzərində hamıdan xar mən oldum. S.Ə.Şirvani. Axırı biçarə ananız sizə deyirdi: – Bala, ağlama, xortdan gələr səni aparar! C.Məmmədquluzadə.
4. məc. Ölüm, son nəfəs. Onun axırına az qalıb. – [Rus qızı:] Təəssüf ki, mən sənə qoşula bilməyəcəyəm. Hiss eləyirəm ki, axırımdır. C.Məmmədquluzadə.
5. bax. axı. Bahari-zahirin axır nədir tamaşası; Həmişə dildə sənin solmayan baharın var. S.Ə.Şirvani. Axır nə səbəb söz deməyə qüdrətin olsun? M.Ə.Sabir. [Mirzə Məmmədəli:] A kişi, mən bilmirəm ədib nədi, axır ey! C.Məmmədquluzadə. [Kəndlilər:] Bəy, axır yağış yağmayır, nə etməli? Ə.Haqverdiyev. ‣ Axır çərşənbə – Novruz bayramı ərəfəsinə düşən sonuncu çərşənbə günü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər. M.İbrahimov. Axır ki – bax. axırı ki (“axırı”da). Axır qoymaq – son qoymaq, nəhayət vermək. [Şamo:] Bu vurhavura bir axır qoymaq olacaqmı? S.Rəhimov. Axır nəfəs – ölüm. Etdim axır nəfəsimdə ləbi-cananə təmə; Ölürəm, eybi nədir, gər eləsəm canə təmə. S.Ə.Şirvani. [Səlimnaz xanım:] Bu saat hazır olur; çaysız hara gedirsiniz! ..Saat üçəcən ac qalsan gündə, axır nəfəsin olar. N.Vəzirov. Axıra qalmaq – Bir şeyin sırasında sonuncu, ən axırdakı olmaq, ən axırda gəlmək. Axıra yetirmək (çatdırmaq) – qurtarmaq, tamamlamaq, başa çatdırmaq. Lağlağı .. sözümü kəsib, qoymadı vərəqi axıra yetirəm; mən sakit oldum və o özü başladı oxumağa. C.Məmmədquluzadə. Axıra yetmək (çatmaq) – qurtarmaq, tamamlanmaq, başa çatmaq. Axırı bir yana çıxmaq – bir nəticə vermək, bir şeylə nəticələnmək. [Nəcəf bəy:] Gedib orada işləsin, bəlkə axırı bir yana çıxa. Ə.Haqverdiyev. Axırı xeyir olmaq – nəticəsi yaxşı olmaq, xoşbəxtliyə, ağ günə çıxmaq. Axırı xeyir olsun! – birisinə uğurlar, yaxşılıq diləmək üçün deyilir. Axırı olmaq – 1) bitmək, qurtarmaq; 2) gələcəyi olmaq, nəticəsi olmaq, sonu olmaq; 3) əldən düşmək, üzülmək, yorulmaq. Axırına daş atmaq, axırına çıxmaq – 1) məhv etmək, yox etmək, puç etmək. Bu qədər fitnə və feil tamam sənin işin imiş, Allah qoysa, sənin axırına çıxaram! M.F.Axundzadə; 2) qurtarmaq, hamısını işlətmək, ya xərcləmək (boş yerə, səmərəsiz). Axırını eləmək – öldürmək, işini bitirmək. [Şirin:] Hələ dur! Dur, yoxsa axırını elərəm... N.Vəzirov. Yoxsa mənim axırımı eləməyə gəlibsən? Ə.Haqverdiyev. Dünyanın axırı – qiyamət. [Feyzi:] Yəqin dünyanın axırıdır! Ə.Haqverdiyev. axır-axırda bax. axırda 2-ci mənada. Köhnə ili yaxşı başa vurmuşdum, amma axıraxırda işlər korlandı. “Kirpi”.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

axır

I. son, nəhayət, qutaracaq
{son, nihayet, akıbet}

II. aqibət, nəticə, son
{akıbet, netice, son}

III. axırda, nəticədə
{sonuçta, neticede}

IV. ölüm
{ölüm}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

axır

ahir, son


Axir izdelgen sözler: