Alt
Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)
alt
и. 1) аст, аскы як; 2) соң, соңы; □ alt etmek җиңү; alt olmak җиңелү; alt tarafı, alt yanı соңы, ахыры ◊ altı alay üstü kalay өсте ялтырый, асты калтырый
ercilasun1991
alt
Türkiye Türkçesi: alt
Azerbaycan Türkçesi: alt
Başkurt Türkçesi: as(t)
Kazak Türkçesi: astı tömengi jağı
Kırgız Türkçesi: astı
Özbek Türkçesi: täg àst tüb
Tatar Türkçesi: as(t)
Türkmen Türkçesi: ast aşãk
Uygur Türkçesi: ast
Rusça: niz nijn'aya storona
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
alt
is.
1. Bir şeyin aşağı hissəsi, üstünün əks tərəfi, səth üzərinə qoyulan tərəfi. Qənddanın altı. Dibçəyin altı. Qutunun altı. Çəlləyin altı qopdu. // Örtülü bir şeyin üst tərəfinin əksi, aşağısındakı yer. Damın altı. Talvarın altı. Ağacın altında kölgələnmək. – Çardaq altında sağılan heyvanların kəsikkəsik mələmələri .. eşidilirdi. Ə.Əbülhəsən. // Bir səthin üzərində şey duran hissəsi. Səkinə kərpicin altına baxdı, açar orada yox idi. Mir Cəlal. Altın görmədiyin qabdan su içmə. Məsəl.
2. Evin alt mərtəbəsi. Evin üst mərtəbəsi yataqxana, altı isə mağazadır. İdarəmizin altı anbardır. Məktəbin altı emalatxanadır. // Sif. mənasında. Altda, alt tərəfdə olan. Alt mərtəbə. Şkafın alt gözü. – Alt otağın böyük qapısı cırıltı ilə açıldı. Mir Cəlal. Alt daşı ağır olar. (Ata. sözü).
3. Bir şeyin səthindən aşağı tərəf. Altımız dərə idi, üstümüz qarlı təpələr. Suyun altına düşmək. Dağın alt tərəfindəki evləri sel basmışdı.
4. Bir adamın, heyvanın durduğu, yatdığı, oturduğu yer. Altına döşək salmaq. – Hər səhər malların altını təmizləyib, su və yemlərini verdikdən sonra, mən həyətimizdəki peyinlikdə cələ qurardım. M.İbrahimov.
5. Bilavasitə yaxınlıq mənasında işlənir. Volqoqrad altında işğalçı alman ordularına zərbələr vuran qəhrəman. – Artıq .. kənd altından maral sürüləri keçib dağlara qalxmır. Ə.Məmmədxanlı.
6. Bir şeyin təsir dairəsini göstərir. Əsgərlərimiz düşmənin gülləsi altında irəliləyirdi. Top atəşi altına düşmək. Yağış altında yerimək. – Günün altında dayanmaq mümkün deyildi. M.İbrahimov.
7. (Yalnız yönlük, yerlik və çıxışlıq hallarda). Bir şəxsin və ya şeyin düşdüyü və ya içərisində olduğu vəziyyəti, keyfiyyəti bildirir. Himayəsi altına almaq. Təsir altına düşmək. Müdafiə altında olmaq. Rəhbərlik altında işləmək. Təhlükə altında olmaq. Həkimin nəzarəti altında müalicə. – Mən .. həyatı unudub onun təsirləri altından çıxa bilmirdim.. M.S.Ordubadi.
8. Sif. mənasında. Altdan geyilən. Alt köynək. Alt tuman. ‣ Alt başında – yanında. Alt dan – bax. dan. Alt-alt(da), üst-üst(də) – olduğu kimi; səliqəsiz, qarışıq bir halda. O, müdir olduğu su idarəsinin işini alt-altda, üstüstdə qoyub gəldi Rzaqulu kəndinə gedən yola. Altda qalmaq – məğlub olmaq, basılmaq. Altda qalan namərddir. (Ata. sözü). İndi ki quyruğun basdın ilanın; Canı çıxsın gərək altda qalanın. Q.Zakir. Altına almaq – basmaq, məğlub etmək, basıb üstünə çıxmaq. Tərlan, Məmmədağanın bir yanında bibisi oğlu Əyyubu basmarlayıb cücü kimi altına alıbdır. S.S.Axundov. Altından çıxmaq – öhdəsindən gəlmək; ödəmək, əvəzini vermək. Onlar bilmirdilər ki, bu qızıl pulun altından necə çıxsınlar. “Qaçaq Nəbi”. Altını çəkmək – peşman olmaq, tutduğu işin pis nəticəsini görmək. Soyuq havada paltosuz gəzdi, indi altını çəkir. – [Güləndam:] Qız uşağının beyni olmaz. ..Sonra bir iş olar, altını çəkə bilməzsən. N.Vəzirov.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
alt
alt
Özbekche—In'gilische Lughet (Dirks, 2005)
alt
(Russian) alto; viola.