əşrəf
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əşrəf
sif. [ər.] köhn. Ən şərafətli, ən əziz, çox hörmətli. [Arif:] Bir fəzilətsə öldürüb ölmək; Canavar bizdən əşrəf olsa gərək. H.Cavid. Budur, Yer üzünün əşrəfi insan; Yaradır gündə bir hicranlı dastan. S.Vurğun. [Gülyanaq:] Təbiətdə mövcud olan bütün gözəlliklərin gözəli, həyatın əşrəfi olan insandır. Ə.Vəliyev.