turklehceleri.org

əzizxələf

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əziz-xələf

sif.
1. bax. əziz-ərköyün. Əziz-xələf övlad. Əziz-xələf qız. – Arvadın dar dünyada əziz-xələf bircə oğlu vardı. “Koroğlu”. İlk dəfə idi ki, Sadıq kişi .. əziz-xələf oğlunun səsindəki həzin riqqəti görüb duyur, ürəyinin başı ağrıyırdı. Mir Cəlal.
2. dan. Ən çox istənilən, çox əzizlənən, ən çox qorunulub saxlanılan. Əziz-xələf palto. Əziz-xələf kitab. – Ovçunun tamamilə yaddan çıxardığı əziz-xələf tüfəngi də, nəhayət, yadına düşdü. M.Rzaquluzadə.


Son arananlar: