turklehceleri.org

əyalət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əyalət

is. [ər.]
1. tar. Bir valinin idarəsi altında olan ölkə. Həmədan ilə Bağdad, Həmədan ilə İraq, Xarəzm, Rey və Fars əyalətləri arasında şiddətli danışıqlar və alış-verişlər gedirdi. M.S.Ordubadi.
2. Bəzi dövlətlərdə: ölkənin bölündüyü inzibati rayonların hər biri; vilayət, mahal. 1918-ci ilin yaz və yay fəsillərini İranın Gilan əyalətində keçirmişdim. S.Hüseyn. Səttarxan dövründə təşkil olunmuş əyalət əncümənləri müəyyən hüquqlara malik olan muxtar dövlət üsulundan başqa bir şey deyildi. M.İbrahimov. Xəmsə əyalətinin mərkəzi Zəncan Azərbaycanın mühüm şəhərlərindən biridir. P.Makulu.
3. İri mərkəzlərdən uzaq olan yer. // Ümumiyyətlə, ölkənin paytaxtdan, mərkəzdən uzaq olan ərazisi. Nəhayət, əyalətdə işləyən görkəmli bir vücud xanım Süsəni götürüb Tehrana apardı. M.İbrahimov.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

əyalət

taşra


Son arananlar: