turklehceleri.org

əyal

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əyal

is. [ər.] köhn.
1. Ailə, külfət. [Yusif Sərrac] öz kəsbi ilə özünü və əyalını saxlamağa məşğul oldu. M.F.Axundzadə. İndi əgərçi ona zəhmət olar; Qışda əyalı, özü rahət bular. M.Ə.Sabir. Para nədir? Üzünü gördüyüm bir il yoxdur; Fəqət əyal yanında xəcalətim çoxdur. Ə.Nəzmi.
2. Arvad, zövcə. Bəs nədir yığıbsan neçə əyalı; Doğmaz şad olarsan, doğar ağlarsan. M.V.Vidadi. [Qoca kişi:] Budur, neçə gün olar ki, özümə bir əyal gətirmişəm. Ə.Haqverdiyev. Sonra bir tikə yavan çörək də tapsam, əyalım ilə qabaq-qabağa əyləşib ağız ləzzəti ilə, iştaha ilə yeyərəm. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

əyal

I. ailə, külfət
{aile, zevce}

II. arvad, zövcə
{kadın, zevce}


Son arananlar: