əsəbi
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əsəbi
sif. [ər.]
1. Sinirləri son dərəcə həssas olduğu üçün cüzi bir şeydən çox tez əsəbiləşən, təsirlənən, hirslənən. Əsəbi adam. Əsəbi qadın. Qırmızı işıqda uzun müddət işləyən adamlar get-gedə əsəbi olurlar. – Mollayev qaraqabaq, zəhmli və əsəbi bir adamdı. M.Hüseyn. // Əsəb xəstəliyi olan. Əsəbi xəstə.
2. Daxili həyəcan və iztirab ifadə edən, əsəbilik ifadə edən. Əsəbi yeriş. Əsəbi hərəkətlər. Əsəbi gülüş. Əsəbi göz yaşları. – Ayaz .. əsəbi bir hərəkətlə papirosunu yerə çırpdı. Ə.Məmmədxanlı. Gecənin sükutunda kağız üzərində əsəbi hərəkətlə gəzən qələmin xəfif səsi eşidilirdi. Mir Cəlal.
3. Əsəbiləşdirici, əsəbiləşməyə, həyəcanlanmağa səbəb olan; narahatlıq və iztirabla dolu. Əsəbi iş. Əsəbi dövr. – Keçmiş .. o ölüm hissi verən kinli zamanlar; Xırçın, əsəbi, sisli xəzanlarla süründü. A.Şaiq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əsəbi
hirsli, həyəcanlı
{hırslı, heyecanlı}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
əsəbi
asabi, hırçın, sinirli