əsarət
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əsarət
is. [ər.]
1. Əsirlik, köləlik, qulluq; kölə, qul vəziyyəti. Əsarət zənciri. Əsarətdən qurtarmaq. – ..Zahiri əsarətdən xilas olduğumuz kimi, batini əsarətdən də xilas olmalıyız. C.Məmmədquluzadə.
2. məc. Qəfəs, zindan, dustaqlıq. Quş əsarətə çox tez alışdı. – Könül bir quşdur ki, sevməz əsarət; Daim çırpınır, istəyir hürriyyət. A.Səhhət. Qaratoyuq əsarətə tez öyrənişir, sonra oxumağa başlayır, hətta onu tar ilə oxumağa öyrədirlər. S.S.Axundov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əsarət
I. əsirlik, qulluq, kölə
{esirlik, kulluk, kölelik}
II. qəfəs, zindan, dustaqlıq
{kafes, zindan, hapis}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
əsarət
esaret, köleleştirmek