ərən
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ərən
is. (adətən cəm şəklində).
1. Ər, qoçaq, igid. Ərənlər kimi döyüşmək. – Ərənlər əlindən badə içdinmi? Bulanlıq çayları üzüb keçdinmi? “Aşıq Qərib”. Əsrlər boyunca ərlər, ərənlər; Hünər dünyasından doymadı, getdi. S.Vurğun.
2. Dünyagörmüş, müdrik, ağıllı adam. [Həcər:] Bizlərdə ərənlər üçə deyərlər. S.Rəhimov.
3. Dini etiqada görə Allaha və övliyalara yaxın olmaq şərəfinə nail olmuş adam. Çağıraram ərənləri, pirləri; Arzularam bizim əziz yerləri. Aşıq Rəcəb. Ərənlər söyləyən, Allah yazanı; Duymadan yox olan imana yazıq! Ə.Cavad. [Gülsənəm:] Ərənlər mənə kömək, – deyə qıy çəkdi: – Ay ana, mənə kömək! S.Rəhimov.
4. Mövhumi təsəvvürlərə görə suda yaşayan mövhum bir vücud. Suya söylə ərən eşitsin, köməyinə çatsın. Yalan desən, səni suyun ərənləri vursun! (mövhumatçı qadınların dilindən).
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
ərən
I. ər, qoçaq, igid
{er, mert, yiğit}
II. müdrik, ağıllı
{müdrik, akıllı}