əndazə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əndazə
is. [fars.]
1. Kağızdan, kartondan kəsilmiş ülgü. // Ölçü, miqyas, ölçü vahidi. • Bir əndazədə – bir ölçüdə, bir qaydada. [Qızların] hamısının libası bir qiymətdə, bir əndazədə və bir ölçüdə idi. M.S.Ordubadi.
2. Tənasüb, simmetriya, quruluş düzgünlüyü. Onun bədən əndazəsi yerli-yerindədir.
3. məc. Hədd, hüdud; norma. Hər şeyin əndazəsi olmalıdır. Əndazədən artıq. – Əndazə qoyaq, üç gün oturaq. (Ata. sözü). Tükün əndazədən artıq görünür; Quyruğun gör necə yerlə sürünür. A.Səhhət. • Əndazədən çıxmaq – əndazəni aşmaq, həddini aşmaq. Görsən tanımazsan yarımsaqqalı; Çıxıb əndazədən dövləti, malı. Q.Zakir. [Sübhanverdizadə] hər hansı bir qonaqlıqda əndazədən çıxmaz və öz hörmətini gözlərdi. S.Rəhimov. Əndazəyə düşmək – lazımi şəklə düşmək. Əndazəyə salmaq – yöndəmə, qaydaya salmaq, lazımi şəklə salmaq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əndazə
I. ülgü, ölçü, miqyas
{tartı, ölçü, kıyas}
II. hədd, hüdud, norma
{sınır, hudut, çizgi}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
əndazə
kıstas, ölçüt