ənbər
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ənbər
is. [ər.]
1. Kaşalota oxşar bir balığın mədəsindən çıxarılan gözəl qoxulu maddə. Ənbər qara, boz, sarı rəngli, çox yağlı maddədir.
2. Xoş qoxu, ətir. Ənbər qoxumaq. // Sif. mənasında. Mən qurbanı olum ənbər tellərin; Qönçə dodaqların, püstə dillərin. Nəbati.
3. məc. klas. Gözəlin saçına, zülfünə işarə. Ləblərin görən neylər; Görə bir də ənbəri. (Bayatı).
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
ənbər
iy, ətir
{koku, parfüm}