turklehceleri.org

əlçim

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əlçim

(=əlçin) is. Bir dəfədə əldə tutulub cəhrədə ip halına gətirilə bilən qədər (yun). O arvad gündə yüz əlçim yun əyirir. – [Tapdıq] ..gah yun darağının qoynuna yığılmış əlçimlərə, hərdənbir də cəhrənin tağalağına çox diqqətlə baxırdı. Ə.Vəliyev. İndi cəhrə uğuldayır, uğuldadıqca yun əlçimi eşilib sapa dönərək iyə toplanırdı. Ə.Əbülhəsən. • Bir əlçim – bir əldə tutulacaq qədər. Göy açıq; Nə bir əlçim bulud; Nə bir qucaq duman. R.Rza.


Son arananlar: