əlaltı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əlaltı
1. sif. və is. Əl altında işləyən, köməkçi işləri görən, köməkçi. Əlaltı fəhlə. Usta əlaltısı. Bənna əlaltısı. – [Səkinə:] ..Aylarla .. buruqda rəhmətlik atasının əlaltısı olub. M.İbrahimov.
2. zərf Xəlvəti, gizlicə, heç kəsin xəbəri olmadan, əl altından. Əlaltı xəbər göndərmək. – [Xəlil paşa] özü də əlaltı tədarük görüb qoşun-zad hazırladı. “Koroğlu”. Tarverdinin bu hərəkəti, əlaltı öküzləri satıb yeməyi təlimatçı Məcidi pərt eləmişdi. S.Rəhimov.
3. is. məc. Başqasının göstərişi və ya rəhbərliyi ilə işləyən, iş görən adam; köməkçi. Getdikcə dostlar üz döndərir, tərəfdar azalır, əlaltıları da [Hümməti] eşitmək istəmirdilər. B.Bayramov.
4. is. Kart və başqa oyunlarda: hazırda oynayan adamdan sonrakı birinci adam.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əlaltı
köməkçi
{yardımcı}