əksərən
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əksərən
zərf [ər.] Çox vaxt, çox zaman, çox hallarda. Əksərən onu axşamlar görmək olur. – Cəmilə Arzu qızı əksərən atasının öhdəsinə buraxırdı. S.Rəhimov. // Əksəriyyəti, çoxu. Əksərən uzunboğaz çəkmə, qalife şalvar və cibli köynək geyərək belini qayışla bərkitmiş kişilər furqonun yan tərəfinə doluşmuş(du). M.İbrahimov.