turklehceleri.org

əhali

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əhali

is. [ər. “əhl” söz. cəmi]
1. Bir yerdə yaşamaqda olan adamlar; camaat. Şəhər əhalisi. Kənd əhalisi. Rayonun əhalisi. – Təbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdir. C.Məmmədquluzadə. Əhalisinin çox qismi qışlaqda yaşayan bu böyük kənd, qarlar altında qalmış bir məzarıstana bənzəyirdi. S.Hüseyn. Biz öz məqsədimiz üçün yerli əhalidən dürlü yollar ilə istifadə etməli idik. H.Nəzərli.
2. Bir ölkənin sakinləri, camaatı, xalqı. Əhalinin siyahıyaalınması. Əhalinin sayı. Əhalinin artımı. – Hökumət birinci dumanı buraxdı. Fevral ayında ikinci bir duma açılacağını əhaliyə elan etdi. Ü.Hacıbəyov. Əhalinin xeyli qismi hələ cəbhələrdə vuruşurdu. Ə.Sadıq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

əhali

camaat, xalq
{cemaat, halk}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

əhali

nüfus


Son arananlar: