turklehceleri.org

əfğan

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əfğan

is. [fars.] klas. Fəryad, fəğan. Oyadır xəlqi əfğanım; Qara bəxtim oyanmazmı? Füzuli. Hər qədər, kim artıq əfğan eylərəm, əfğan gəlir. Qövsi. Firqətdə lazımdır aşiqə əfğan; Sakit olmaq gərək yarı görəndə. Q.Zakir. Bir an səni görməyəndə, yarım; Əfğani yetirrəm asimanə. Heyran xanım. Bilmirəm bunca nədir ah ilə əfğanın sənin. Ə.Nəzmi. • Əfğan etmək (eyləmək, qılmaq, çəkmək) klas. – fəğan etmək, fəryad etmək. Bir neçə gün ol əsiri-hicran; Məktəbə gəlib qılırdı əfğan. Füzuli. Mən Molla Vaqifəm, eylərəm əfğan; Gözlərim də yaş yerinə tökər qan. M.P.Vaqif. Zakirəm, çəkirəm əfğan; Bülbül kimi şəbi-hicran. Q.Zakir. Əfğanə gəlmək – bax. əfğan etmək. Gül camalın görüb düşsün torpağa; Bülbülü götürüb əfğanə gəlsin! Q.Zakir. Bağ ara bülbüli-şeyda genə əfğanə gəlib. S.Ə.Şirvani.


Son arananlar: