əbləh
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əbləh
sif. [ər.]
1. Axmaq, səfeh, gic, sarsaq, başıboş. Əbləh köpək qaysavadan pay umar. (Məsəl). // İs. mənasında. Nola bir evdə qoyaydız qaravaş; Verməyəydiz məni bu əbləhə, kaş! M.Ə.Sabir.
2. Söyüş kimi işlədilir. [Xanım:] Əbləhin qızı, əbləh, .. gör kimə oxşayır? Qantəmir. [Zaman:] Əbləhin qızı, elə bu saat itilərsən gözümün qabağından. Ə.Haqverdiyev. Əbləhin biri Kərbəlayı Qubad; İstəyir gələ xanıma kələk. Ü.Hacıbəyov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əbləh
axmaq, səfeh, gic, sarsaq, başıboş
{ahmak, saf, akılsız, sersem, beyinsiz}