turklehceleri.org

Əziz

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əziz

sif. [ər.]
1. Sevimli, istəkli, ürəyə yaxın. Əziz oğul. Əziz yoldaş. Əziz dostlar! – [Yusif:] Açım kağızı, görüm, mənim əziz nuri-çeşmim Şamdan bəy nə yazır? N.Nərimanov. Amma Züleyxa, Əsgərin əziz qardaşı ilə olan pis rəftarını görüb Əsgəri sevmirdi. C.Cabbarlı. // Mehriban, məhəbbətli, şəfqətli, sevən. Balamsan sən, nəyimsən? Arxamsan, köməyimsən; Mən sənin əziz anan; Sən mənim diləyimsən. (Layla). • Əziz olmaq – hörmət bəslənilmək, hörmət edilmək; əzizlənmək. Oğul! Bir qayda var eldəobada; Qonaq əziz olar, qaçaq olsa da. S.Vurğun. Əziz tutmaq – 1) çox istəmək, hörmət bəsləmək, qayğı bəsləmək. ..Şəhrəbanu arvad Qəhrəmanı oğul və nəvələrindən əziz tuturdu. S.Rəhimov. Camaat Səttarzadənin xətrini əziz tutur. Mir Cəlal; 2) hörmət və ehtiram bəsləmək. Bayramı əziz tutmaq. // Ərköyün, ən istəkli. Ananın əziz qızı. // Ən qiymətli, ən dəyərli, ən istənilən. Əziz ömrüm. – Sevdiyin əziz bir şeyə and iç! M.S.Ordubadi. Mən ona əziz şey kimi baxmırdım. Mir Cəlal. // Doğma, çox yaxın, çox sevilən. Əziz ev. Əziz ailə. Əziz yurd. // Mübarək, ən hörmətli, müqəddəs. Bu əziz adla çiçəkləndi könüllərdə bahar; Bir qonaqdır əbədi, məncə, bu ellərdə bahar. S.Rüstəm. Bu əziz bayram günü, adın çəkiləndə; Kim duymayır qəlbinin həyəcanla vurduğunu? R.Rza.
2. Ən çox istənilən, ən çox tələb olunan, ən çox sevilən. [Heydər bəy:] Hər nə isə, başa düşürsənmi ki, burada firəng çiti nə əzizdir? M.F.Axundzadə. // Az tapıldığı, çətin ələ düşdüyü üçün çox qiymətli sayılan. Nə qədər şirindir qəlbə məhəbbət; Ömrün mənasıdır bu əziz nemət. S.Vurğun. Ömrümün üstünə bir əlli də artırsan əgər; Heç silinməz ürəyimdən o əziz, xoş dəmlər. S.Rüstəm. • Əziz olmaq – az tapıldığı, çətin ələ düşdüyü üçün çox qiymətli, hörmətli olmaq, müqəddəs bir şey kimi baxılmaq. Pul əziz olmuş cahan əhlinə o qayətdə kim; Ta sanıblar əskinası Cəbrailin şahpəri. S.Ə.Şirvani.
3. Əzizim şəklində – 1) nəvazişlə müraciət. Əzizim, gəl gedək. – Bu bədbəxtin halətindən, əzizim; Bari o vilada olgil gözqulaq. Q.Zakir. [Turxan bəy:] Gedə bilərsən, əzizim! H.Cavid. Mina cavab verdi ki, əmin olunuz, əzizim! İ.Musabəyov; 2) bax əziziyəm. Əzizim, söz deməkdən; Yoruldum söz deməkdən; Nə sən yoldan yoruldun; Nə mən yol gözləməkdən. (Bayatı). // Əziziyəm şəklində – bayatıların başında gələn ilk söz. Əziziyəm, dilən, gəz; Bağda gülə dilən, gəz. Qürbətdə xan olunca; Vətənində dilən, gəz. (Bayatı). ‣ Əziz başın üçün – birini inandırmaq üçün and məqamında işlədilir. Əziz başın üçün gələcəyəm. – Əziz başın üçün, oxu yazdığım; Agah ol halımdan gahbagah mənim. Qurbani. Əziz olasan – təşəkkür ifadəsi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

əziz

sevimli, istəkli, hörmətli
{sevimli, istekli, saygın}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

əziz

gözde, şirin


Son arananlar: