turklehceleri.org

Əyan

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əyan

I. sif. [ər.] Gözlə görünən, açıq, aydın, aşkar (adətən xəbər şəkilçisi ilə işlənir). Onun düzgünlüyü hamıya əyandır. – Gedən, getmə, dayan, dur; Sirrim sənə əyandır. (Bayatı). Sənə əyandır, ey dilbər, sevdiyim! Qurbanidir, bir şey dilər, sevdiyim! Qurbani. • Əyan etmək (eləmək) – aydın etmək, bildirmək. Yox bir açıq dilim, sənə mən eyləyim əyan; Ta sən qanınca, qalmayacaq millətimdə can. Ə.Qəmküsar. Qurban bu xəbəri gəlib xanımına əyan elədi. İ.Musabəyov. Əyan olmaq – bəlli olmaq, aşkar olmaq, aydın olmaq. Cənnətin yavıqlaşmağı ustaya əyan oldu. Çəmənzəminli.

II. top. [ər.] köhn. Keçmişdə: ölkənin yuxarı təbəqələrinə mənsub olan mötəbər və yaşlı adamlar; zadəganlar. Nüşabə taxt üstündə oturmuş, ətrafda vəzirlər, əyanlar, sərkərdələr, saray adamları dayanmışdır. A.Şaiq. Ordunu yola salmaq üçün Gəncənin əyan və ziyalıları İsfahan kəndinə qədər gəlmişdi. M.S.Ordubadi. Papaqların bəzisi uzun və qovun çeşnisində idi, bunların sahibinin molla və əyandan olmağı aşkar idi. Çəmənzəminli.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

əyan

aydın, aşkar, açıq
{aydın, aşikâr, açık}


Son arananlar: