turklehceleri.org

ƏvvƏlki

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əvvəlki

sif.
1. Yer, sıra, zaman, say və s. etibarilə – birinci. Şəkildə sağdan əvvəlki adam. Əvvəlki müzakirə daha canlı keçdi.
2. Bundan qabaqkı, bundan əvvəl olmuş, keçmişdə olan, keçmiş. Əvvəlki hadisələrin izləri. Əsərin əvvəlki variantı. Əvvəlki adətlər get-gedə aradan qalxır. – Lakin Nurəddin .. əvvəlki halına düşmədi. S.S.Axundov. Zahirən evdə heç şey dəyişməmişdi, əvvəlki səliqə, əvvəlki qayda, əvvəlki münasibətlər davam edirdi. M.İbrahimov.
3. İs. mənasında. Keçmişdə, daha əvvəl olan, keçmişə aid olan şey, hadisə, hal. Əvvəlki daha yaxşı idi. Əvvəlkindən heç olmaz. – [Dərviş:] Qoca kişi əvvəlkindən indi diqqət ilə mənə baxıb, məndən xoylanan kimi oldu. A.Divanbəyoğlu.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

əvvəlki

qabaqkı, keçmiş
{önceki, geçen}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

əvvəlki

önceden


Son arananlar: