Əsəb
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əsəb
is. [ər.] anat. fiziol.
1. İnsan, ya heyvan orqanizmində təxərrüşləri periferiyadan beyinə, yaxud beyindən periferiyaya ötürən xüsusi incə tellərdən ibarət törəmə sistemi; sinir. Eşitmə əsəbi. Dişin əsəbini öldürmək. Görmə əsəbi. İynə əsəbə toxunmuşdur. – Əsəb və yorğunluq onu elə haldan salmışdı ki, kətilin üstündə otura bilmədi. S.Rəhman.
2. Cəm şəklində: əsəblər – insanın hal və hərəkətini müəyyən edən həmin törəmələrin bir sistem kimi rolu. Əsəbləri möhkəmdir. Əsəbləri pozulmaq. Əsəbləri gərginləşdirmək. – Kağızı oxudu və bütün əsəbləri gərildi. H.Nəzərli. Çöl havasının təsiri ilə getdikcə acığı soyuyur, əsəbləri rahat olurdu. M.İbrahimov. Elə bil birisi əsəblərimin saplarını bir-birinə qarışdıraraq düyün salmışdı. Ə.Məmmədxanlı. ‣ Əsəblərinə təsir etmək (toxunmaq) – hirsləndirmək, əsəbiləşdirmək. Lakin Toğruldan bir xəbər olmaması onun əsəblərinə toxunmuşdu. M.S.Ordubadi. İçərişəhərin damları üstündə yatanlardan bəzisi xoruldadıqca Turabın əsəblərinə toxunurdu. M.Hüseyn. Əsəbləri ilə oynamaq – bax. əsəblərinə təsir etmək (toxunmaq).
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əsəb
sinir
{sinir}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
əsəb
sinir