turklehceleri.org

Ər

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ər

1. is. Arvadın qanuni və məhrəm yoldaşı olan kişi; zövc. Dedi kim, bu məzarıdır ərimin; Ol üzü gül, boyu sənubərimin. S.Ə.Şirvani. Zeynəb .. ərinə deyirdi: – Bilmirəm, mən olmasaydım, sən .. necə yaşıya bilərdin? S.S.Axundov. Arvad qab dəsmalı ilə yaşarmış gözlərini silib ərinin qabağında döyükə-döyükə qaldı. S.Rəhman. • Ərə getmək – nikahlanmaq, birinin arvadı olmaq. [Nənəcan] bir qarından ötrü ərə getməkdən dul yaşamağı əfzəl bilirdi. N.Nərimanov. [Pəri:] Fəqət ərə getmək asanmı? C.Cabbarlı. [Gülnaz:] Yox, yox, mən səndən başqa özgəsinə ərə getməyəcəyəm. Ü.Hacıbəyov. Ərə vermək – nikahlatmaq, öz qızının, bacısının və s.-nin biri ilə nikahlanmasına razı olmaq. [Sərvər:] ..Atan səni bir özgəsinə ərə vermək istəyir. Ü.Hacıbəyov.
2. sif. və is. Sözündə möhkəm, mərd; qəhrəman, igid, qoçaq. Yaxşılığa yaxşılıq hər kişinin işidir; Yamanlığa yaxşılıq ər kişinin işidir. (Ata. sözü). [Orxan:] Ər kişidə olur bir söz, bir məram. H.Cavid. [Altunbay:] Səndə doğrudan da bir ər ürəyi varsa, açıq söylə; Solmazı çoxmu sevirsən? C.Cabbarlı. ‣ Ər oğlu ər – igid, qəhrəman. [Nəbi:] Bizimkilərdir; Qəhrəmanla Vəli ər oğlu ərdir. S.Rüstəm.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ər

I. kişi, zövc, yoldaş
{erkek, zevce, yoldaş}

II. mərd, igid, qoçaq
{mert, yiğit, koçak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

ər

koca


Son arananlar: