Ənlik
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ənlik
is.
1. Qadınların yanaqlarına sürtdükləri toz və ya yağ halında olan kosmetik maddə – al boya. Ənlik vurmaq. Ənlik sürtmək. – Fatı geyindi. Aynanı götürüb üzünə baxdı. Yanaqlarına ənlik sürtüb qızartdı. Ə.Abasov.
2. Kökü tünd-qırmızı bir bitki. Ənlik otundan qırmızı boya hasil edirlər.