Əlifba
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əlifba
is. [ər.]
1. Bir dildə işlənən və müəyyən qaydada sıralanan hərflərin məcmusu. Azərbaycan əlifbası. Ərəb əlifbası. Latın əlifbası. – Biz buna təəccüb etmirik ki, Hüseynzadə cənabları əlifbamızın bilmərrə dəyişilməsinə fitva vermir. C.Məmmədquluzadə. Köhnə ərəb əlifbasının çətinliyi geniş xalq kütləsinin savadlanmasına imkan vermirdi. S.S.Axundov. • Əlifba sırası – əlifbada olan hərflərin müəyyən sistem üzrə düzülüş sırası.
2. Əlifbanı öyrədən kitab. Əlifba kitabı.
3. məc. Ən bəsit, ən sadə, hamıya məlum olan şey. Bu, cəbrin əlifbasıdır. ‣ Morze əlifbası – teleqrafda işlənən şərti işarələr sistemi. Not əlifbası – musiqi notlarında işlənən işarələr sistemi.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
əlifba
alfabe