turklehceleri.org

şər

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

şər

I. is. [ər.]
1. Pislik, yamanlıq, fənalıq, pis iş. Xeyir və şər. – Şər deməsən, xeyir gəlməz. (Ata. sözü). Dünyanın gərdişindən; Təng oldum hər işindən; Mərdin başı qal çəkir; Namərdin şər işindən. (Bayatı). Bəxtəvər başına sənin, ey rəqib; Xeyir sənə qismət oldu, şər mənə. Q.Zakir. [Cümrü Ağamalı] xeyir və şərdə can-başla iştirak edərdi. H.Sarabski.
2. Böhtan, iftira, fitnə, intriqa; xata, xatabala. [İmamverdi nəvəsinə:] Yox, daha səni orada qoymaq olmaz. Mən azarlıyam, durmağa taqətim yoxdur, səni o iki şeytanın şərindən mühafizə etməyi bacarmıram. S.S.Axundov. Vaqonlar [Rübabəni] götürüb, sanki Gəldiyevin şərindən uzaqlaşdırmaq üçün yeyinlədilər. Mir Cəlal. • (Üstünə) şər atmaq – üstünə böhtan atmaq. [Gülnisə:] Yalandır, atamın canı üçün yalandır; üstümə nahaqdan şər atırlar. Ə.Haqverdiyev. [Süleyman Heydərquluya:] Sən canını qurtarmaq üçün gərək Abbasın üstünə bir şər atasan. M.İbrahimov. Şərə düşmək – dayanıb durduğu yerdə, nahaqdan böhtana, iftiraya məruz qalmaq, böhtana düşmək. Şərə düşmək qəfil gülləyə düçar olmaq kimidir. Ə.Vəliyev. Şərə salmaq – iftira edərək, böhtana salaraq dolaşdırmaq. [Vəzir:] ..Bir təhər elə, onu şərə sal, öldürək. “Qurbani”.
3. sif. Böhtançı, iftiraçı, fitnəçi, intriqaçı, xatakar. Şər adamdır, ondan uzaq ol. ‣ Şər qarışmaq (qovuşmaq) – qaranlıqlaşmaq, qaranlıq düşmək, qaş qaralmaq. Şər qovuşanda dəstə kəndə çatdı. – [Tahir:] Maşınımın təkəri partlamışdı, dəyişdirib təzəsini taxanacan şər qarışdı. M.Hüseyn. Şər qarışanda məscid həyətinə otuza qədər gənc yığılmışdı. Mir Cəlal. Axşam şər qarışıb, qaş qaralanda; Şairin qapısı döyüldü birdən. B.Vahabzadə. Şəri başdan uzaqlaşdırmaq – xata-balanı özündən uzaqlaşdırmaq, gözlənilən böhtanın, iftiranın qarşısını almaq, özünü xətərsizləşdirmək. [Salonda] səslər eşidilməyə başlandı: – Bir gədənin birinə əlli manat verə bilməzsiniz ki, bir gecənin içində şərini başınızdan uzaqlaşdırsın. M.S.Ordubadi. [Yaşlı kişi:] Mən onu qovub şərini başımdan uzaqlaşdırmalı idim. S.Hüseyn. Xeyirə-şərə yaramaz – bax. xeyir-şər.

II. is. [ər.] klas. Şəriət. [Şah:] Əhkamişərə mütabiq kimsənə nəzərdə varmı ki, səltənəti və təxtü tacı ona vagüzar edək? M.F.Axundzadə. Söz yox ki, badə şərdə olmuş bizə həram; Zənnim budur ki, yar ilə içsən həlal olur. S.Ə.Şirvani.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

şər

I. böhtan, iftira, fitnə
{bühtan, iftira, fitne}

II. qaranlıq
{karanlık}

III. pislik, müsibət, yamanlıq, nəzakətsizlik, ədəbsizlik
{fenalık, musibet, kötülük, nezaketsizlik, edepsizlik}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

şər

şer


Son arananlar: