şümal
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
şümal
sif.
1. Yeni dikəlib göyərən budaq, zoğ. Çəkil şümalı. – Bir şümal pöhrəni; Bir vurğuda qələm elədi; Və qürurla dedi; Ovxarını gördünmü baltanın? R.Rza.
2. Düz, hamar. Sahildəki şümal və ziləv daşların bir parası yuyulub təmizləndikdən sonra daha parlaq görünür. Ə.Vəliyev. Yunis bıçağa işarə etdi: – Yaxşı itilənsə, yüz əlli ödəyərsən. Bu taxta qurudur, şümaldır. Mir Cəlal.
3. məc. Yeniyetmə, boylu-buxunlu. Məmməd bəy on iki-on üç yaşında alagözlü, qumralsaçlı, genişkökslü, şümal bir oğlandı. Çəmənzəminli.