şölə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
şölə
is. [ər.] Alov, parıltı, işıltı, şəfəq. [Xortdan:] Səhranın günbatan tərəfindən, gördüm, bir şölə asimanə bülənd olub. Ə.Haqverdiyev. Qaraca qızın sevgili şəlaləsi Günəşin qırmızı şöləsindən parlayırdı. S.S.Axundov. Aslanın gözlərində ani bir şölə parıldayıb söndü. M.Hüseyn. • Şölə çəkmək – alovla yanmaq, zəbanə çəkmək, alovlanmaq; işıq saçmaq. Gəldi həm növ-növ şərbətlər; Şəmlər asimanə şölə çəkər. S.Ə.Şirvani. [Qızıl qayada] yer altından çıxan qaz, kim bilir, nə zaman bir yolçunun, bir ovçunun ya bir çobanın çaxmaq daşından od alıb gecəgündüz şölə çəkib yanır. R.Rza. // Məc. mənada. Alışıb şölə çəkib suz ilə yandım, gördüm; Hicrini atəşi-niyran dedilər, gərçək imiş. S.Ə.Şirvani. Şölə vermək (saçmaq) – qızarmaq, allanmaq; parıldamaq, işıldamaq, şölələnmək, işıq saçmaq. Başına dönüm, ay saqi; Doldur piyalədən yaxşı; Yanaqların şölə verir; Qırmızı lalədən yaxşı. Aşıq Rəcəb. Yer üzündə şölə saçır neçə min çıraq; Şəfəqlərin ağ sütunu ərşə toxunur. S.Vurğun.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
şö’lə
şəfəq, işıq, parıltı, nur, şüa
{şafak, ışık, parıltı, nur, şule}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
şölə
şule