turklehceleri.org

Şirə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

şirə

I. is. [fars.]
1. Toxumalarda, hüceyrələrdə, bitki və heyvan orqanizmi boşluqlarında olan duru maddə, maye. Mədə şirəsi. // Bitkilərdən, çiçəklərdən sızan şirin maye. Şirə yığmaqda idi bal arısı zəhmət ilə; Qaraquş gördü onu, söylədi çox nifrət ilə. A.Səhhət. Qırx gözəl qız bir anda yamaca yayılıb, ana vətənin şirəsini içmiş ətirli dağ çiçəkləri yığdılar. M.Rzaquluzadə.
2. Meyvə suyu. Üzüm şirəsi. Çiyələk şirəsi. – Baba isə .. üzümləri dərib gətirər, tapdalayar və şirə yığardı. H.Sarabski.
3. məc. Bir şeyin məğzi, cövhəri. O, sözünü belə başladı və Əlimərdan bəyə tərcümə eləməsini tapşırdı: – Burada oturanlar müsəlman ruhunun şirəsidir. M.S.Ordubadi.
4. k.t. Sulu gübrə. Şamama sahəsinə peyin şirəsi də vermişdi. Ə.Əbülhəsən.
5. Yaşlıq, rütubət. Torpağın şirəsi. ‣ Şirə çəkmək məc. – ləzzət aparmaq, nəşə çəkmək, şəhvani zövq almaq. [Usta Həsən:] Danışma, dur düş qabağıma, sən dişini çəkdirərsən, mən də bir az şirə çəkərəm. Ə.Haqverdiyev. Mirzə Mustafa çadraya bürünüb arvadların içinə məclislərdə, toylarda və təziyələrdə qarışırdı, şirə çəkirdi. E.Sultanov. Şirəsini sormaq – qanını sormaq, istismar etmək. Nə qədər ki [mülkədarlar] yaşayırlar, sizin şirənizi soracaqlar. Ə.Vəliyev. Dişində şirə qalmaq – bax. diş.

II. is. Xüsusi gil növü və divarlara çəkmək üçün ondan hazırlanan məhlul. Şirə ilə evi ağartmaq. Eyvana şirə çəkmək.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

şirə

I. maye, sirop, su
{tatlı, şurup, su}

II. məhlul, sıyıq
{akıcı, sıvı}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

şirə

tatlı


Son arananlar: