turklehceleri.org

Şikəst

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

şikəst

sif. [fars.]
1. Bədənin hər hansı bir üzvündən məhrum olmuş və ya hər hansı bir səbəbə görə onu itirmiş; əlil. Uşaq anadangəlmə şikəst (z.) doğulmuşdur. Şikəst oğlan. Şikəst qoca. – Əlbəttə, əzadan ki bir zad əskik olsa, şikəst hökmündədir. C.Məmmədquluzadə. [Hacı Bayram:] Onu bil ki, sənin şikəst atana, qoca anana rəhmim gəlib, istəmişəm, sizə bir qədər çörək verim. Ə.Haqverdiyev. Qocanın isə bu şikəst qızdan başqa dünyada heç kimi yoxdur. Ə.Məmmədxanlı. // İs. mənasında. Müharibə şikəstləri. Şikəstlərə kömək. • Şikəst etmək (eyləmək) – 1) bədən üzvlərindən birini sındırmaq, qırmaq, zədələmək. Səng şikəst eylədi balü pərim; Banlamağın hasilini anladım. M.Ə.Sabir. [Hambal:] Məşədi, Allah qüvvət versin, amma belimi şikəst eylərsən. Ü.Hacıbəyov. [Sərvinaz:] Necə qıydın, o cür gözəl atı şikəst elədin? İ.Əfəndiyev; 2) məc. Korlamaq, xarab etmək, pozmaq. O kəslər ki, müəllimlik kimi .. xidməti tərk edib, qeyri peşə dalısınca gediblər, mənəviyyat cəhətincə öz əhdü peymanlarını şikəst ediblər. F.Köçərli; 3) məc. Müharibədə məğlub etmək. Düşmənin qoşununu şikəst etmək. Şikəst olmaq (tapmaq) – 1) xəstəlikdən və ya başqa bir səbəbdən bədən üzvlərindən birini itirmək və ya sıradan çıxarmaq; əlil olmaq. Müharibədə ayağından şikəst oldu. – [Gülbəniz:] Buruqda döşəmə və körpü həmişə palçığın içində olur. Fəhlə sürüşüb şikəst ola bilər. M.Süleymanov; 2) məc. Xarab olmaq, korlanmaq, pozulmaq, nöqsanlı olmaq. Əgər şerim şikəst olsa, mənə etmə məlamət, kim; Şikəstə söz bəyan etmək şikəst təbə mədyundur. Heyran xanım; 3) məc. Müharibədə məğlub olmaq, basılmaq, sınmaq, pozulmaq. Ona binaən Yusif şahın həvaxahları şikəst tapıb, hər kəs bir növ ilə başın mərəkədən qıraq çəkdi. M.F.Axundzadə.
2. məc. Sınıq, nöqsanlı. Stolun bir qıçı şikəstdir.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

şikəst

I. əlil, çolaq, şil, topal
{kolsuz, çolak, ayaksız, topal}

II. qırıq, sınıq
{kırık, sınık}

III. əzik, zədəli
{ezik, zedelenmiş}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

şikəst

malul, sakat


Son arananlar: