turklehceleri.org

İndi

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

indi

zərf
1. Hazırda, bu anda, hazırkı vaxtda, bu saat, əlan. İndi gəldi. İndi gedəcəyəm. Görəsən, indi o haradadır? – Dağlar, sənin ilə həmdəm olmadım; Əsirgərsən indi qarı da məndən. Qurbani. Dedi xatun ki: – Söylə, ey fərzənd; Noldu kim, olduq indi dövlətmənd? M.Ə.Sabir. // Bu saat, tez. Sel axar, mələr gələr; Dağ-daşı dələr gələr; Düşmən gəldi, indi gör; Başıma nələr gələr. (Bayatı). [Əsgər Gülçöhrəyə:] ..İndi sən get evə, yoxsa bizi görərlər, xudahafiz. Ü.Hacıbəyov. İndi nazirlər qarşı-qarşıya oturmuşdu. S.Hüseyn. // Əvvəlki vəziyyətə, şəraitə, keyfiyyətə qarşılıq mənasında. İndi mən o adam deyiləm. İndi o çox ağıllanmışdır. İndi adam lazımdır ki, bu işi boynuna götürsün.
2. Başqa mətləbə, mövzuya, məsələyə keçdikdə işlənir. İndi o biri söhbətə keçək. İndi mən sizi yeni əsərlərlə tanış edəcəyəm. ‣ İndi də – 1) hələ də. [Səmirə:] Bu zəifliyim üçün indi də özümü danlayıram. M.Hüseyn; 2) indi, bu dəfə. İndi də onun sözlərində elə bir məna görməyən qızlar cavab qaytarmadılar. İ.Hüseynov. İndi ki – bir halda ki, madam ki, əgər. İndi ki sən gedirsən, mən getmirəm. – [Yaşlı kişi:] İndi ki sən sözündə israr edirsən, get, özünü imamın qəbrinə bağlayıb, Çopur üçün ağla, – dedim. S.Hüseyn. [Gülçöhrə:] Ay ata, indi ki sən istəyirsən mən ərə gedim, qoy onda öz istədiyimə gedim. Ü.Hacıbəyov. indi-indi zərf Yenicə, təzəcə, lap bu saat. Tamaşaçılar indi-indi zala yığılmağa başlamışlar. – Məryəm indi-indi oxumuş, irəliləmiş bir cəmiyyət qızı idi. C.Cabbarlı. Camaat indi-indi dağdan-daşdan qayıdır. Ə.Məmmədxanlı. İndi-indi atasının təklifi .. [Rübabəni] odlandırır, təhqir edirdi. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

indi

bu saat, əl’an, hazırda
{şu an, şimdi, hâl-i hazırda}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

indi

hâlen, şimdi

Türkmencenin Açıklamalı Sözlüğü (Kyýasowa, 2016)

indi

[inni], hal. 1. Häzir, şu wagt. Indi ýer biziňki, biz öz yrsgalymyzy öz topragymyzdan almaly (“Watan”). Indi türkmen, hakykatdanam, dünýäniň iň bagtyýar halky (“Türkmen dili”). 2. Mundan buýana, mundan beýläk, mundan soň. Indi onuň derdini dep edip biljek diňe türkmen lukmanydy (“Saglyk”). Indi hemmämiz bilimizi berk guşap, işe girişmeli bolarys.


Son arananlar: