üsyan
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
üsyan
is. [ər.]
1. Köhnə ictimai quruluşu yıxıb yenisini qurmaq məqsədilə hakim siniflərə qarşı kütləvi silahlı çıxış. Kəndli üsyanları. – Bir üsyanla doğacaqdır azadlığın ilk ulduzu! S.Vurğun. Aydın olsun hamıya; Xalqın gücü; Silahlı üsyanın nəticəsi. R.Rza. • Üsyan etmək (qaldırmaq) – hakim siniflərə qarşı silahlı çıxış etmək. Üsyan etmiş kənd topa tutulur. H.Nəzərli.
2. Asi olma, qarşı durma, birinə qarşı ayaqlanma, baş qaldırma. • Üsyan etmək (qaldırmaq) – ayaqlanmaq, üzə durmaq, asi olmaq, baş qaldırmaq. Bir gün Məsmə üsyan edir. Kimsəyə əl açmayacağını açıqdan-açığa kor Seyidə bildirir. S.Hüseyn. Səkinə lap üsyan qaldırdı: – Yenə qol-qanad açdın, ay dəli?! M.İbrahimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
üsyan
qiyam
{kıyam}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
üsyan
ayaklanma, isyan