turklehceleri.org

öpmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

öpmək

f.
1. Sevgi, dostluq, sevinc əlaməti olaraq, yaxud görüşdükdə və ya ayrıldıqda dodaqlarını birinə və ya bir şeyə toxundurmaq; busə etmək, busə almaq. Gözlərindən öpmək. – Səhər Sona çay vaxtı adət üzrə anasını öpdü. N.Nərimanov. Mehriban məhəbbətlə qarışıq bir həyəcanla Rəmziyyənin üzündən, dodaqlarından, gözlərindən öpməyə başladı. S.Hüseyn. // Obrazlı təşbehlərdə. Axar çaylar öpdü o gün; Atlıların ayağından. S.Vurğun. Məzarı öpdükcə hörmətlə rüzgar; Düşür çöhrəsinə ilıq damlalar. M.Rahim.
2. məc. Toxunmaq, təmas etmək, dəymək. [Arslan bəy Maralın verdiyi çiçəyi alaraq:] ..Əllərinizi öpmüş olan bu munis gülə ömrüm olduqca pərəstiş edəcəyəm. H.Cavid.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

öpmək

öpmek


Son arananlar: