turklehceleri.org

çətinlik

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

çətinlik

is.
1. Çətin şeyin halı; çətin olma (asanlıq ziddi). Yolun çətinliyi. Məsələnin çətinliyi. – Səba xanım adəti üzrə vəzifəsində çətinlik hiss edən adamlar kimi boynunu çiyninə qoyaraq: – Əlacım nədir. M.S.Ordubadi. [Cahan:] Xalan sənə [Əsgərə] qurban, evlənmək su içmək kimi asan şeydir, onda nə çətinlik var ki? Ü.Hacıbəyov. • Çətinlik çəkmək – öhdəsindən zorla gəlmək, bir şeyi yerinə yetirməkdə, görməkdə əziyyət çəkmək. Leylək qızılın hamısını hesab etməkdə çox çətinlik çəkdi. S.Rəhimov. Çətinliyə düşmək – bax çətinə düşmək. Çətinliyə salmaq – bax çətinə salmaq.
2. Maneə, əngəl. Çətinlikdən qorxmamaq. – Həyatın başlanğıcında daima bir çətinlik vardır. M.S.Ordubadi. İlk çətinlik asfalt yoldan həmin kəndə sarı döndüyümüz zaman meydana çıxdı. M.Rzaquluzadə.
3. Məhrumiyyət, əziyyət, məşəqqət. ..Uşağı həyatın çətinliyinə hazırlamaq lazımdır. S.Rəhimov. [Həsən] çətinliklərə də dözərdi. M.İbrahimov. • Çətinlik çəkmək – maddi ehtiyac içərisində olmaq, məhrumiyyət duymaq.
4. Çətinliklə şəklində zərf – böyük zəhmətlə, əziyyətlə, çox çətin. Axund çətinliklə durub başını bulaya-bulaya keçir o biri otağa. Ə.Haqverdiyev. Teymur müəllim çox çətinliklə Fərmanı bu fikrindən vaz keçirməyə müvəffəq oldu. Ə.Sadıq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

çətinlik

I. mürəkkəblik, müşküllük, ağırlıq, dolaşıqlıq
{mürekkeplik, zorluk, ağırlık, dolaşıklık}

II. əziyyətlilik, məşəqqətlilik, əzablılıq
{eziyetlilik, meşakkatlilik, güçlük}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

çətinlik

gaile, güçlük, pürüz, zorluk


Son arananlar: