turklehceleri.org

çətin

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

çətin

sif. İcrası, həyata keçirilməsi, aradan qaldırılması, həlli, başa düşülməsi və s. çox böyük zəhmət, səy, gərginlik tələb edən (asan ziddi). Çətin iş. Çətin vəzifə. Çətin imtahan. – [Nuriyyə:] Ən çətin məsələ-misallar seçib həll elədim. İ.Əfəndiyev. Osa mənə öyrədib təbiətin dilini; Onun sirli dilini, çətin dilini. B.Vahabzadə. // zərf Çətinliklə başa gələn; ağır (asan ziddi). Çətin nəfəs almaq. Çətin həzm olunan qidalar. // Çox ağır, dözülməz. Çətin vəziyyət. Çətin şərait. – Çocuqlarından ayrılmaq nə qədər çətin, nə qədər ağır idi. S.Hüseyn. ‣ Çətinə düşmək – ağır, çıxılmaz vəziyyətə düşmək, dara düşmək. [Fərhad Mustafaya:] Əgər çətinə düşsən, Əsgəran atlı bölüyündəki yoldaşlara müraciət edərsən. Ə.Məmmədxanlı. [Qarovul:] Bir xan ki öz rəiyyətini qaramal kimi sata, o, rəiyyət məhəbbətini qazanamı bilər ki, çətinə də düşəndə rəiyyət onun arxasında dursun? Ə.Haqverdiyev. Çətinə salmaq – çətin vəziyyətə salmaq, işini daha da çətinləşdirmək, dara salmaq. Elə bil Nərgiz özü də qocanı bir qədər çətinə saldığını duyaraq ondan soruşdu. Ə.Məmmədxanlı. Mən bədbəxti taleyim yaman saldı çətinə.. B.Vahabzadə. çətin... Bir sıra mürəkkəb feli sifətlərin birinci tərkib hissəsi olub, onların ifadə etdiyi şeyin çətin, mürəkkəb olduğunu bildirir; məs.: çətinəriyən (metal), çətinoxunan (kitab), çətinsayılan (mal).

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

çətin

I. çəpər, hörgü
{duvar, örgü}

II. mürəkkəb, müşkül, ağır, dolaşıq
{zor, müşkül, ağır, dolaşık}

III. ağır, əziyyətli, məşəqqətli, əzablı, zəhmətli
{ağır, sıkıntılı, meşakkatli, yüklü, zahmetli}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

çətin

çetin, çetrefil, güç, had, karmaşık, külfetli, sarp, zor


Son arananlar: