turklehceleri.org

çərək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

çərək

is. [fars. çəhar yek – dörddə bir]
1. Arşının dörddə birinə bərabər uzunluq ölçüsü (17,75 sm). Təndirlə üzbəüz divarın içində beş çərək enində üç arşın hündürlüyü olan suaxan görmək olardı. H.Sarabski. Nə məhəbbət, nə sədaqət tərəzidə çəkilməz; Hər ikisi ölçülməyib parça kimi çərəklə. S.Rüstəm. “Oğlum ölsün” – deyərək, yalandan min dil tökən; Hər arşına üç çərək sürüşdürən taciri. M.Müşfiq.
2. Girvənkənin dörddə birinə bərabər ağırlıq ölçüsü (100 qr).
3. Dörddə bir. Ölçü vahidi bütöv, yarım, çərək, səkkizlik və onaltılıq ola bilər. “İbtidai musiqi nəzəriyyəsi”.
4. “Bir” sayı ilə: bir çərək – bir az, bir tikə, azacıq. Yox, gərək bir çərək; Qalmasın boş yerin! M.Müşfiq. Qız ayağını bircə çərək qabağa qoysaydı, uçacaqdı gölə. İ.Məlikzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

çərək

qarış
{uzunluk ölçüsü}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

çərək

çeyrek


Son arananlar: