turklehceleri.org

çaxmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

çaxmaq

I. is.
1. Odlu silahlarda zərb mexanizminin hissəsi; yay. Tapançanın çaxmağı. – Bütün ümidlərinin alt-üst olduğunu görən Vəli tüfənginin çaxmağını çəkdi. M.Hüseyn. Nişançılar isə .. silahlarını, xüsusən çaxmaqlarını təmizləyirlər.. Ə.Əbülhəsən.
2. Keçmişdə: çaxmaqdaşına vurub qığılcım çıxararaq qovu yandıran çox bərk daş, yaxud dəmir (polad) parçası. Qasım kişi çaxmağı daşa vurub qovu basır çubuğa. C.Məmmədquluzadə. [Hüseynəli əmi] ..dəri kisənin içərisindən çaxmağı və daşı götürüb qovu odladı.. M.S.Ordubadi. // Keçmişdə: od almaq üçün işlədilən çaxmaq, çaxmaqdaşı və qov bir yerdə. Çaxmaqla papirosu yandırmaq.

II. f.
1. Atəş açmaq üçün tüfəngin, tapançanın çaxmağını çəkib buraxmaq; atəş açmaq; güllə ilə vurmaq. Səttar daxılı çəkir, tapançanı çıxarıb Kəblə Heybətin kürəyinə bir güllə çaxır. H.Sarabski. Həmin saat tüfəngin iki gözünü də çaxdım, ancaq heç biri dəymədi. M.Rzaquluzadə.
2. Birdən-birə işıldamaq, parıldayıb bərk şaqqıldamaq (ildırım, şimşək haqqında). Şimşək çaxdı. – Faytonun içərisini sükut bürümüşdü, bayırda isə şiddətlə yağış yağır, göy guruldayır və ildırım çaxırdı. M.S.Ordubadi. Gün çıxar, qar yağar, ildırım çaxar; Əgər tənha olsa, dağ da darıxar. N.Xəzri. // Obrazlı təşbehlərdə işlədilir. Kinli ürəklərdə bəslənən şimşək; Başında partladı, gözündə çaxdı. M.Müşfiq. Dəmirqayanın gözləri alovlanır, baxışlarından ildırımlar çaxırdı. H.Nəzərli. // Vurmaq, ilişdirmək. Başına bir yumruq çaxdı. // Əllə və ya əldə tutulan bir şeylə vurmaq; qaxmaq. Mıx çaxmaq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

çaxmaq

I. parıldamaq, işıldamaq
{parıldamak, ışıldamak}

II. vurmaq, çalmaq, qaxmaq
{vurmak, çalmak, kakmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

çaxmaq

çakmak


Son arananlar: