turklehceleri.org

çalxalanmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

çalxalanmaq

məch.
1. Dalğalanmaq, təlatümə gəlmək. Xəzər çalxalandı, səsində vüqar; Xəzər heç bayaqkı Xəzər deyildi. N.Xəzri.
2. Atılıb-düşmək, silkələnmək, yırğalanmaq. Maşın çalxalanır. – Lakin az keçməmiş birdən-birə təyyarəmiz havada çalxalanır, bizi atıb-tutmağa başlayır. M.İbrahimov.
3. məc. Hərəkətə gəlmək, təlatümə gəlmək, həyəcana gəlmək, bir-birinə qarışmaq. Dünyanın çalxalanmağa hazırlanan belə bir əsrində gənə qəzetəyə icazə vermək üçün o qədər istixarə elədi ki, bu istixarə axırda bəd gəldi. C.Məmmədquluzadə. Bağdad bu bəd xəbərdən çalxalandı bir anda. B.Vahabzadə.


Son arananlar: