Çimmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
çimmək
f. Yuyunmaq. Vannada çimmək. – [Məşədi İbad:] Kişinin hamamında iki saatdır ki, müftə çimibsiniz, hələ bir durub cəncəl də salırsınız? Ü.Hacıbəyov. // Sərinlənmək, yuyunmaq və b. məqsədlə suya girmək. Çayda çimmək. – Dənizdə bir qız çimdi; Saçı qara, özü gözəl. N.Rəfibəyli. // Obrazlı təşbehlərdə. Şam meşələri dalından yenicə çıxmış Ay sarı saçlarını Qara dənizin mavi sularına töküb çimirdi. M.S.Ordubadi. Ay çimirdi sularda, hava sakit, hava xay; Nədənsə lal axırdı Amudərya – dəli çay. S.Rüstəm.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
çimmək
yıkanmak