zərbiməsəl
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
zərbi-məsəl
is. [ər.] Məsəl kimi söylənilən məşhur söz, xalq ifadəsi, atalar sözü. [Hacı:] Nə qədər timsal və zərbi-məsəllər eşitsəniz, uşaqlarınıza deyin, dəftərlərinə yazsınlar. Qantəmir. • Zərbi-məsəl olmaq – dillərdə məsəl kimi işlənmək. Çarın bu mahir rüşvətxoru özünün həyasızlığı ilə Təbriz tacirlərinin arasında zərbi-məsəl olmuşdu. M.S.Ordubadi.