zƏhƏr
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
zəhər
is. [fars.]
1. Canlı orqanizmi zəhərləndirə bilən maddə; ağı. İlan zəhəri. Öldürücü zəhər. Zəhər vermək (zəhərləmək). • Zəhər yemək – özünü öldürmək üçün zəhər içmək. // məc. Çox acı şey haqqında. Bu dərman lap zəhərdir. • Zəhər kimi – çox acı. // məc. Çox mənfi təsiri olan şey. Şovinizm zəhəri.
2. məc. dan. Mikrob mənasında. Hindistanda Qanq çayı bizim Kür çayından çox böyükdür, ..amma bu sudan vəba zəhəri heç əskik olmur. C.Məmmədquluzadə. ‣ Zəhər dağarcığı (tuluğu, torbası) dan. – dili çox acı adam haqqında. [Əsgər:] ..Zəhər torbası yuxudan ayılıb gəlmək istəyir. N.Vəzirov. Zəhər etmək (eləmək) – bax. zəhər qatmaq. Zəhər içirtmək məc. – həyatını zəhərləmək, gününü qara eləmək, həyatını əziyyətə salmaq. Namərdləri oylaqlardan köçürtdüm; Yağı düşmənlərə zəhər içirtdim. “Koroğlu”. Zəhər qatılmaq – tamamilə korlanmaq, zəhərlənmək. Ogünkü nəşəmə zəhər qatılmış olduğundan çox dalğın idi(m).. A.Şaiq. Niyə zəhər qatılsın kişinin nəşəsinə.. B.Vahabzadə. Zəhər qatmaq məc. – tamamilə korlamaq, pozmaq, xarab etmək, zəhərləmək. Zəhər uddurmaq – bax. zəhər içirtmək. Zəhər yeyəsən! dan. – qarğış, nifrin, söyüş ifadəsi. Zəhərə döndərmək – bax. zəhər qatmaq. Bir stəkan çay verdi, onu da zəhərə döndərdi. Zəhərə dönmək – pozulmaq, xarab olmaq, pis, acı bir şeylə əvəz olunmaq. Yediyimiz zəhərə döndü. Üzgözündən (sifətindən) zəhər tökülmək (yağmaq) – çox qaşqabaqlı olmaq, acıqlı, qəzəbli görünmək.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
zəhər
I. acı
{zehir}
II. acı, zəqqum
{zehir, zakkum}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
zəhər
zehir