zümrə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
zümrə
is. [ər.]
1. Silk, ictimai təbəqə, sinif. Ziyalı zümrəsi. – Mirzə Səməd şəhər məktəbini qurtarıb iyirmi yaşından etibarən məmur zümrəsinə daxil olmuşdu. Çəmənzəminli. Bu qəzet [“Qamusul-əxbar”] nə bir siyasi firqənin, nə də bir elmi zümrənin malı idi. Qantəmir. Ümumən kübarlar zümrəsinə qarşı bədgüman olan və pis münasibət bəsləyən Qəhrəmani belə bu qızı [Südabəni] xoşlayırdı. M.İbrahimov.
2. köhn. Camaat mənasında.
3. köhn. Cins, növ, qrup. Heyvanlar zümrəsi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
zümrə
silk, təbəqə, sinif
{grup, tabaka, sınıf}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
zümrə
zümre