zülmət
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
zülmət
is. [ər.]
1. Qaranlıq. Axşamdır, gün batmış, şəfəq saralmış; Çölə zülmət çökmüş, hava qaralmış. A.Səhhət. Çıraq ol! Nurunu artır günbəgün; Hər yerdə həyatın boğ zülmətini.. B.Vahabzadə. Zülmət çökdü, gecə gəldi; Zalım gecə necə gəldi! M.Dilbazi.
2. folk. Nağıllarda: İskəndərin dirilik çeşməsi axtarmaq üçün getdiyi çox qaranlıq yer.
3. məc. kit. Mədəniyyətsizlik, nadanlıq, cəhalət mənasında. Elm bir nur, cəhl zülmətdir; Cəhl duzəxdir, elm cənnətdir. S.Ə.Şirvani.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
zülmət
qaranlıq, nadanlıq, cəhalət
{karanlık, nadanlık, cehalet}