turklehceleri.org

zinət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

zinət

is. [ər.] Bəzək, süs, yaraşıq. Rəhimin evində səhər tezdən qonaqlıq tədarükü görülürdü. Bahar, Rəhimə və Rahim süfrənin zinəti ilə məşğul idilər. S.S.Axundov. Hünərdir əmrə ilk zinət, onun hüsnündə məna var. S.Vurğun. Çoxdur hədiyyələr insan adına; Qiymətli zinətlər, qiymətli daşlar. B.Vahabzadə. • Zinət vermək (vurmaq) – zinətləndirmək, bəzəmək, süsləmək. Qarı nənə .. göyün üzünə yeddi qələmlə yeddi zinət vururdu. “Koroğlu”. Nə zinət veribdir eyvan, otağa; Ətri qoxur Bağdad baharı kimi. Aşıq Ələsgər. Xoş avazın verir zinət; Bu leylü nəhara, bülbül! Molla Cümə. Özünə zinət vermək – 1) bəzəmək, qiymətli daş-qaş taxmaq və qəşəng geyinmək. Məlik Cümşüd .. özünə zinət verib getdi Nuşapəri xanımın yanına. (Nağıl); 2) üzünə ənlik-kirşan vurmaq, üz-gözünü boyamaq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

zinət

bəzək, süs, yaraşıq
{bezek, süs, yakışık}


Son arananlar: