zağzağ
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
zağ-zağ
zağ-zağ əsmək (titrəmək) – bərk qorxmaq, qorxudan titrəmək. [Veysəl:] İki yüzdən artıq fəhlə səni görəndə zağ-zağ əssin, iki gədə səni tələyə salsın? S.Vəliyev. Özünü elə göstərmişdi ki, hamı [Baxış bəydən] zağ-zağ əsirdi. Ə.Abasov. // Eyni mənada bəzən “qorxudan”, “əlindən” sözləri ilə. Ev adamları tamam yuxudan ayılıb qorxularından zağ-zağ əsdilər. Çəmənzəminli. // Ümumiyyətlə bərk titrəmək (əsmək). Xırda təpələri sellər oyanda; Əsər bu həmləyə dağlar da zağ-zağ. B.Vahabzadə. ‣ Üstündə zağ-zağ əsmək – həddindən artıq, ifrat dərəcədə əzizləmək, sevmək, qorumaq. Anatək övladının üstündə zağ-zağ əsir. – Baba, nənə və ana Aslanın üstündə zağ-zağ əsirdilər. Ə.Vəliyev.