yatışmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yatışmaq
qarş.
1. Hamı birlikdə uzanıb yatmaq, hərə öz yerində uzanıb yatmaq. Çaydan sonra yatışdıq. C.Məmmədquluzadə. Gecədir. Yatışır dustaqlar tamam. H.K.Sanılı. Uşaqlar köhnə yorğanın altına doluşub, nə barədə isə xosunlaşandan sonra, daş kimi ağır düşüb yatışdılar. M.Hüseyn.
2. Hamı, çox adam birlikdə aşağı yatmaq; uzanmaq. Mehdi öz dəstəsi ilə yaxınlaşıb səngərlərə yatışırlar. “Qaçaq Nəbi”.
3. məc. Yatmaq, sükuta dalmaq, səs-küy kəsilmək, sakitləşmək, sayxaşmaq. Kənd yatışandan sonra Sayalının dizinə kaftar qüvvəti gəlirdi. Mir Cəlal.